YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Füzuli rayon təşkilatında Avropa çempionu Nihat Məmmədli ilə görüş keçirilib

Matın 29-da YAP Füzuli rayon təşkilatında Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-roma güləşi üzrə qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülmüş həmyerlimiz Məmmədli Nihat Zahid oğlu ilə görüş keçrilib.

Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirib ki, Vətən müharibəsində möhtəşəm Qələbəmizin əldə olunmasında vətənpərvərlik hisləri, Vətənə olan sevgi, torpağa bağlılıq müstəsna rol oynadı. Əgər otuz ilə yaxın bir müddətdə respublikamız beynəlxalq aləmdə istər idman, istər siyasi arenalarda məğlub ölkə kimi təmsil olunurdusa, tariximizə qızıl hərflərlə yazılmış misilsiz Qələbədən sonra Qalib xalqın Qalib idmançıları kimi günbəgün parlaq Qələbələrə imza atmaqdadırlar.

Bolqarıstanda keçirilmiş Avropa çempionatında güləşçilərimizin əldə etdiyi bu Möhtəşəm Qələbə sayəsində Azərbaycan 34 Avropa ölkəsi arasında birinci yerə layiq görülmüşdür. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut etdilər.

A. Həşimova bildirib ki, Bolqarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.