YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfərlə iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların qisası alınmışdır

Sevinc Hüseynova

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

XIX əsr boyunca davam etmiş Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bölgəmizdə demoqrafik vəziyyətə ciddi təsir göstərmiş, ermənilərin sayı süni sürətdə artırılmışdır.

Erməni milliyətçiləri XIX əsrin sonlarında 1885-ci ildə Vanda “Armenakan“ , 1887-c ildə Cenevrədə “Qnçaq“, 1890-c ildə isə Tiflisdə “ Daşnaksütyun” partiyalarında təşkilatlanaraq “Böyük Ermənistan“ xuliyasını reallaşdırma planının növbəti mərhələsinə başlamişlar. Onlar mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX -ci əsr ərzində  4 mərhələ üzrə 1905-1906-cı, 1918-1920-ci , 1948-1953-cü , 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Xalqımizın başına gətirilən ən dəhşətli faciələrdən biridə, xüsusi qəddarlıqla seçilmiş 1918-ci ilin 31mart  tarixində başlayaraq aprel ayının ilk günlərində Bakı Komunasının mandatı altında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində törədilmiş kütləvi qırğınlar olmuşdur. Qeyd etmək istərdim ki, həmin il Bakı Komunasına rəhbər erməni millətçisi Stepan Şaumyan təyin edilmişdir.

Martın 30 -da daşnaq- erməni  birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutmuşdular. Bunun ardınca isə silahlı daşnaqlar azərbaycanlıların evlərinə hücum edərək, amansız qətillər törətmişlər. Martın 31 və aprel ayının ilk günlərində qırğınlar kütləvi xarakter almış, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmışdi. Həmin günlərdə erməni bolşevik birləşmələri Bakıda 10 mindən artıq azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, işgəncə və amansızlıqla öldürülmüşdürlər. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Bu soyqırımın amansızlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq törətmişdirlər.

Azgınlaşmış daşnaklar Azərbaycanın digər bölgələrində də analoji qanlı cinayətlər törətmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir. Belə ki,  on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılmış, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılmış, məscidlərimiz və məzarlıqlarımız təhqir edilmişdir.

1918-1919-cu illərdə təkcə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilmişdir. Quba qırğınları  nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqat zamanı ermənilərin dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməməsi muəyyən edilmişdir. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur və onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin  təşəbbüsü ilə aparılmışdır.

Ulu Öndərin 26 mart 1998-ci il tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla 31 mart  “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu Fərmanın imzalanması faktı həmçinin məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Bundan  sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Ulu Öndərin başladıgı siyasət ölkə Prezidenti tərəfindən yüksək səviyədə davam olunur.

Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Quba şəhərində “Soyqırım memorial kompleksi” yaradılmışdır. Bu təşəbbüs həmçinin erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Bununla yanaşı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır və həmin Sərəncama əsasən bir sıra tədbirlər həyata keçirilmişdir.

Yenilməz Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfərlə  torpaqlarımızı işğaldan azad etmiş və bununlada iki əsr ərzində  xalqımıza qarşı  törədilmiş qətliamların qisası alınmışdır.

DİGƏR Xəbərlər Arxiv