YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayət

Fərid Dünyamalıyev

YAP Gənclər Birliyinin üzvü 

Azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən özünün beynəlxalq cinayət xarakterinə və sistematikliyinə görə 1918-ci ilin mart soyqırımları xüsusilə fərqlənir. Bu soyqırımı cinayətləri demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə etmiş və bu cinayətlərin əsas hədəfi məhz ölkəmizdə yaşayan türk soyuna malik olan və islam dininə 146 mənsub olan müsəlmanların fiziki məhv edilməsindən ibarət olmuşdur. 1918-ci il mart soyqırımlarına beynəlxalq hüquqi dəyərləndirilməni ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən vermək mümkündür. İlk nöbədə, bu sənədlə 31 mart - Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Eyni zamanda, bu sənəd ermənilər və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük rola və əhəmiyyətə malikdir.

1918-ci ilin mart soyqırımı cinayətləri (yəni Bakı, Quba, Şamaxı, Cavad və Astara və digər bölgələrdəki soyqırımı cinayətləri) öz ictimai təhlükəliliyinə və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də xüsusilə ağır cinayətlərdən biridir. Çünki bu cinayətləri törətmiş ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi

Ümummilli lider Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı.  Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirmişdir.

44 günlük müharibə də Ali baş komandan İlham Əliyevin iradəsi ilə rəşadətli Azərbaycan ordusunun düşmən üzərində qələbə qazanması Ermənistan və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarını  alt-üst etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Xalqımız faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və diqqət ilə yanaşır, qəhrəman övladlarını heç zaman unutmayacaq və unutdurmayacaqdır!