YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı birgə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı birgə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Azad Rzayev bildirib ki, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-1920-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.

Soyqırımının xalqımız tərəfindən anılmasında ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyəti olduğunu bildirən Azad Rzayev vurğulayıb ki, tarixi sənəddə də qeyd edildiyi kimi, Azərbaycanda XIX-XX əsrlərdə xalqımızın torpaqlarının zəbti ilə müşayiət olunan bütün faciələr, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləridir.  

Düşmən bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, millətimiz öz tarixi torpaqlarından qovulmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllim və tələbə heyətinin təşkili ilə kompozisiya təqdim olunub.