YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlılara qarşı törədilmiş mart soyqırımı insanlıq əleyhinə cinayətdir

YAP Astara Rayon Təşkilatının sədri

Həbib Cəfərov  

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Bakı şəhərində və eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvanvə digər ərazilərdə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmişlər.  Ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışlar.

Bəşəriyyətin ən ağır soyqırımlarıdan olan Mart soyqırımı ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci il fevralın 25 – 26 - sına keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi.

Uzun illər ərzində sülh istəsək də, ermənilər heçnəyə məhəl qoymadan zəbt etdikləri torpaqlarımızı boşaltmaqdan boyun qaçırır, daha da azğınlaşaraq dinc əhalini güllə-baran edirdilər. Nəhayət səbr kasası dolan Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında möhkəm birləşərək erməni vəhşilərinin cavabını layiqincə verdi.