YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zbiqnev Rau: ATƏT Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazırdır

Polşanın Azərbaycanla çox sağlam, güclü, ikitərəfli münasibətləri var. Biz Azərbaycanla müxtəlif səviyyələrdə əməkdaşlığın artırılması imkanları üzərində çalışırıq. Bizim üçün ATƏT-in etimadının artırılması və postmünaqişə dövründə fəaliyyəti çox önəmlidir.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau söyləyib.

O bildirib ki, ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə töhfə verməyə, qarşılıqlı və dayanıqlı sazişə kömək etməyə hazırdır. “Biz, həmçinin humanitar məsələlər, itkinlərin taleyinin müəyyən edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var. Biz, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulayırıq. Əsas məqsədimiz regionda uzunmüddətli sülhün və davamlı əmin-amanlığın təmin edilməsidir”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri diqqətə çatdırıb.