YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanlar yaranıb

Qarabağda yenidənqurma və bərpa işlərində ən böyük çağırış mina təhlükəsizliyidir. Bizim üçün dost olan Polşa şirkətlərinin bu sahədə iştirakı çox arzuediləndir.

Bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Yeni dönəmdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanların yarandığını deyən nazir qeyd edib: “Bu imkanlar arasında ən vacib istiqamət kimi üçtərəfli Bəyanatın şərtlərindən biri olan kommunikasiyaların bərpası üçün işçi qrupun yaradılması qeyd edə bilərik. Biz bir il bundan əvvəl Azərbaycan Prezidenti tərəfindən ən yüksək səviyyədə elan edilmiş Ermənistanla sülh müqaviləsi üzərində işləmək çağırışı barədə danışdıq. Qeyd etməliyəm ki, bir ilə yaxın müddət ərzində Ermənistan tərəfindən həmin çağırışa heç bir qarşılıq verilməyib”.