YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, aprelin 11-də ölkəmizdə keçirilən son prezident seçkilərindən dörd il ötür. Bu seçkilərdə cənab İlham Əliyev seçicilərin mütləq əksəriyinin etimadını, 86.02 faiz səs toplayaraq parlaq qələbə qazandı. Əlbəttə ki, Prezidentimizin bu qələbəsinin mühüm əsasları var. Qeyd etdiyimiz kimi, dövlət başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb.

Millət vəkilinin sözlərinə görə, 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Azərbaycan neçə illərdir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb. S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan  xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ötən dövrün  mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. Son zamanlar Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafikin fonunda Azərbaycanın barışdırıcı missiyası və fəal rolu diqqəti cəlb edir. Xüsusilə də, Ukrayna hadisələri fonunda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv strateji diplomatiyası ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir. Bu səpkidə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın etibarlı - güvənli tərəfdaş, inam və etimad ünvanı olduğunu təsdiqləyir. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan toqquşma deyil, əməkdaşlıq məkanıdır. Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər - Rusiya, Amerika Birləşmiş Ştatları və digər güc mərkəzləri eləcə də Aİ, NATO, İƏT və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir. Bu düşünülmüş siyasət ölkəmizin regionda və beynəlxaql müstəvidə siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır”.

“44 günlük Vətən müharibənin əsas qəhrəmanı da Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib”, - deyə Sevinc Fətəliyeva söyləyib.