YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Vətən müharibəsi şəhidi Eldəniz Ağakərimovun doğum günündə xatirəsi anılıb

Şamaxı rayonunda Vətən müharibəsi şəhidi Ağakərimov Elvin Eldəniz oğlunun doğum günü uyuduğu Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda qeyd olunub.

Şəhidin anım mərasimində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya əməkdaşları iştirak ediblər.

YAP əməkdaşları öncə şəhid Eldəniz Ağakərimovun məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları şəhidin xatirəsinə inşa olunan bulağı ziyarət ediblər.

Şəhidin ailəsinə də baş çəkən təşkilat nümayəndələri onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.