YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına Zəfər sevincini yaşatdı

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd  Balaqadaşov 11 aprel  2018-ci il prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın imza atdığı uğurlardan geniş bəhs edərək bildirib ki, onların əsasında möhkəm təmələ əsaslanan siyasət, ölkənin və xalqın işıqlı gələcəyinə xidmət edən təkmil islahatlar dayanır: “Dövlət başçısı İlham Əliyev 11 aprel 2018-ci il prezident seçkilərindən sonra keçirilən andiçmə  mərasimində qarşıdakı dövrün hədəflərini açıqladı və bildirdi ki, biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Hər kəsin amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

     Məhəmməd Balaqadaşov vurğulayıb ki, son prezident seçkilərdən ötən 4 ildə Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, verilən hər vədin konkret əməli işdə təsdiqinin şahidi olarıq: “İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi bütün sahələrdə uğurlu addımlara yol açır. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas seqmentlərindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafı yönümündə mühüm addımların atılmasını şərtləndirir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi enerji sektorundan asılılığın minimuma endirilməsini təmin edir. Bunun nətəcəsidir ki, Azərbaycan üzləşdiyi iqtisadi çətinliklərdən uğurla çıxır. 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin genişləndirildiyi vaxtlarda Azərbaycanın iqtisadi islahatların dərinləşdirilməsi, sosial layihələri təxirə salmadan uğurla icra etməsi  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmizin liderliyini qorumasını şərtləndirdi.”

      YAP Xaçmaz rayon təşkilatının sədri vurğulayıb ki, ümumilikdə cənab İlham Əliyevin Prezidentliyinin 2020-ci ilə qədərki dövrü torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, ondan sonrakı illər isə bu ərazilərdə bərpa və quruculuq işlərinin aparılması mərhələsi kimi dəyərləndirilir: “Azərbaycanın iqtisadi inkişafı digər sahələr kimi ordu quruculuğunda da mühüm addımlara yol açdı. Hər zaman sülh siyasətinə üstünlük verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərb yolunun da istisna edilmədiyini bəyan edərkən ordumuzun gücünə, qüdrətinə, xalqımızın birliyinə, həmrəyliyinə, Vətən, torpaq sevgisinə arxalanırdı. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu. Cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, Azərbaycan xalqı yenilməz, məğrur xalq, ordumuz dünyanın ən güclü, qüdrətli ordusu kimi yazdı. Dövlət başçısının son iki ilə yaxın dövrdə qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş torpaqlarımıza səfərləri hər birimizi qürurlandırır. Bu gün Azərbaycan beynəlxalq tədbirlərdə qalib ölkə kimi təmsil olunur. Ölkəmiz diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarını qəbul etdirir. Azərbaycanı belə görməkdən xoşbəxt nə ola bilər? Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev torpaqlarımızı sahibinə qaytardı, ərazi bütövlüyümüzü bərpa etdi.”

   “Uğurlarımızın miqyası genişdir və qürurvericidir” söyləyən Məhəmməd Balaqadaşov bildirib ki, dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəsinə davamlı uğurlar qazandıracaq, xalqı öz ətrafında sıx birləşdirəcək: “Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı bunun bariz nümunəsidir. Artıq tarixi Zəfərimizin bərpa və quruculuq məhələsini yaşayırıq. Bu torpaqlara əbədi qayıtmışıq. Bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir hədəfə nail olacaq, möhtəşəm uğurlara imza atacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaranır.  Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini ən yüksək səviyyədə başa çatdırmaq, soydaşlarımızın Böyük Qayıdışını gerçəkləşirməkdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tezliklə bu istəyinə də nail olacaq.”

DİGƏR Xəbərlər Arxiv