YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Aprel döyüşləri şəhidlərinin məzarları ziyarət olunub

Lənkəran rayonunda Aprel döyüşlərində şəhid olmuş Vətən övladlarının məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı 2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hüccətov, 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, jurnalist qazi İlkin Rza rayonun Vilvan kəndindən şəhid leytenant Qalib Zülfüqarlının və Cil kəndindən şəhid Əlizaman İslamovun məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Cil kəndinin axundu Hacı Əliəşrəf və şəhid atası Laim Zülfüqarlının də iştirak etdiyi ziyarət zamanı qəhrəman oğulların şərəfli ömür yolundan danışılıb.

DİGƏR Xəbərlər Arxiv