YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala rayonunda şəhid bulağının açılışı olub

Neftçala rayonunda Vətən müharibəsi şəhidi İmanov Məmmədağa İqab oğlunun doğum günü münasibətilə əziz xatirəsinə ucaldılmış şəhid bulağının açılışı olub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Ziyarətçilər öncə Vətən müharibəsi şəhidi Məmmədağa İmanovun doğum günü münasibətilə şəhidin xatirəsinə ucaldılmış şəhid bulağının açılışında iştirak edib. Tədbir iştirakçıları şəhidin keçdiyi şanlı döyüş yolundan danışıb və onun haqqında ən xoş arzularını çatdırıblar.

Daha sonra şəhidin doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib və ən xoş arzularını çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv