YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda Aprel döyüşləri şəhidi Nurlan Abdullazadənin məzarı ziyarət olunub

Zərdab rayonunda 2016-ci ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Nurlan Abdullazadənin xatirəsi anılıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, SHXÇDX-nin rayon şöbəsinin rəisi və ictimaiyyət nümayəndələri Böyük Dəkkə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları kənd qəbiristanlığında, həmçinin Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları önünə tər güllər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərində qazandığımız qələbəmizin 2016-cı ilin aprel döyüşlərindəki qalibiyyətimizin davamı olduğu, 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin qisasının alındığı vurğulanıb.

Ziyarətçilər şəhid Nurlan Abdullazadənin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv