YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşlərinin ildönümünə həsr olunan “Qələbənin ilk cığırı” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon 37 nömrəli ərazi partiya təşkilatında Aprel döyüşlərinin ildönümünə həsr olunan “Qələbənin ilk cığırı” adlı tədbir keçirilib.

Tədbirdə Şuşa rayon Mədəniyyət evinin direktoru və işçi kollektivi, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol Şuşa zəfəri ilə bitdi. Qeyd olunub ki, Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Tədbirin sonunda Aprel döyüşlərinə həsr edilən videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv