YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar şəhid Samir Kaçayevin məzarı və ailəsi ziyarət olunub

Şamaxı rayonunda Aprel döyüşləri şəhidi Kaçayev Samir Ziyəddin oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşkilat nümayəndələri, təhsil şöbəsinin həmkarlar ittifaqının sədri Fuad Nəsirov və Çuxuryurd kənd tam orta məktəbinin direktoru, müəllim və şagird kollektivi şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.       

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər. Görüşdə şəhidin əziz ruhuna dualar oxunub, şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub. Məktəblilər şəhid Samir Kaçayevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv