YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüsal Kazımovun məzarı ziyarət olunub

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid Kazımov Vüsal Vüqar oğlunun məzarı ziyarət olunub.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri İkinci Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Kazımov 2022-ci martin 3-də Şuşa istiqamətində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində şəhid olub.

DİGƏR Xəbərlər Arxiv