YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci “Rəqəmsal İdeya Müsabiqəsi” keçiriləcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” həyata keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda və rəqəmsal ideya quruculuğu sahəsində bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.

Öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından yekunda 120 nəfər iştirakçı olmaq şansını əldə edəcək. Seçilmiş iştirakçılar əsasında 30 komanda formalaşdırılacaq.

1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar.

Qalib komandaları xüsusi mükafat və dəyərli hədiyyələr gözləyir.

1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirak etmək və gələcəyin çağırışlarına öz töhfənizi vermək istəyirsinizsə, aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün: bit.ly/37bnH59

Təklif və suallar üçün: gencler_birliyi@yap.az

Son qeydiyyat tarixi: 12:00, 28.04.2022

DİGƏR Xəbərlər Arxiv