YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmünaqişə dövründə beynəlxalq müstəvidə yeni reallıqlar qəbul edilib

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə üç ay ərzində görülmüş işlər təhlil edilib, ilin sonuna qədər olan planlardan bəhs edilib. Hər zaman olduğu kimi müzəffər Ali Baş Komanda İlham Əliyev cənabları çıxışında azad edilmiş torpaqlarımızda – Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlərə xüsusi diqqət yetirdi. Ötən il ərzində qarşıda duran əsas vəzifələrdən danışan İlham Əliyev cənabları bildirdi: “Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.”

Qürur hissi ilə demək olar ki, postmünaqişə dövründən ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında qarşımızda duran bütün vəzifələr icra edilib. İlk növbədə, beynəlxalq təşkilatlarla əməkdaşlığın fəallaşdırılması istiqamətində işlər davam etdirilldi və nəticədə dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etdi. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirildi. Bu, hadisə bir daha onu sübut etdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan təşkilatdır. Bu, həmçinin erməni faşistlərinə və onları az da olsa dəstəkləyənlərə ünvanlanmış çox gözəl bir cavab idi. Azərbaycan Prezidentinin iradəsi ilə 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan ordusu güc vasitəsilə həll etməklə BMT-ni bir mənəvi yükdən azad etdi.

 Bu müddət ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın haqq işini müdafiə edib. ATƏT-in Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verməsədə ATƏT  yeni reallıqlarla tam razılaşıb. Postmünaqişə dövründə Avropa İttifaqı ilə təmaslar daha da intensivləşib. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur.

Müharibə başa çatdıqdan sonra Azərbaycan tərəfi xüsusi təmkin nümayiş etdirdi. Erməni cəmiyyətinə reallıqları qəbul etməsi üçün vaxt tanıdı. Ötən ay Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək məqsədi ilə Ermənistan tərəfinə 5 yeni təklif verdi. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilərdi, çünki Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsiplər təklif edilmişdi. Artıq Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. İlkin mərhələ üçün addımlar atılır.

Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. 3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır. Bu gün bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul edib və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycan Prezidenti yalnız Azərbaycanın maraqlarından çıxış etmir, həmçinin regionda yeni formatda əməkdaşlığın bütün region ölkələrinin iqtisadi inkişafına təkan verəcəyinə əmindir. Artıq dünyanın aparıcı maliyyə qurumları da Ermənistanın inkişafının onun qonşu ölkələrə olan münasibətindən asılı olacağını bəyan edirlər. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldiyi kimi, bundan sonrakı mövqeyi müqəddəratlarını həll edə bilər.