YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Erməni diasporu Ermənistanla normallaşmanı dəstəkləmir

Qarabağ Zəfəri çərçivəsində Azərbaycanı dəstəklədiyimiz üçün Türkiyəyə qarşı ədalətsizliklər olub. Müdafiə sənayesi sahəsində istehsalata və ixracata qarşı tətbiq olunun sanksiyalar aradan qaldırılmalıdır.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının yayımladığı xüsusi buraxılışda canlı yayımda ifadə edib.

Hazırda Ermənistanla aparılan normallaşma prosesinə dair vəziyyət barədə ətraflı məlumat verən nazir Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin qarşılıqlı məsləhətləşmə çərçivəsində addımlar atdığını vurğulayıb. O, bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdıraraq deyib ki, erməni diasporu Ermənistanla normallaşmanı dəstəkləmir.