YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası qazanılan nailiyyətlərin əsasını təşkil edir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Ölkəmiz bu ilin birinci rubünü çox uğurla başa vurub. Aprelin 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə verilən məlumatlar deməyə əsas verir ki, müstəqil dövlətimiz qarşıya qoyduğu bütün hədəflərə  nail olur. Bunun  başlıca səbəbi isə dövlətimizin başçısının rəhbərliyi ilə düşünülmüş, praqmatik siyasətin uğurla həyata keçirilməsidir. Ümumiyyətlə, son 19 ilə yaxın bir müddətdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə layiqincə davam etdirən Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  inkişaf strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb, ölkəmizin beynəlxalq müstəvidə yeri və rolu əhəmiyyətli dərəcədə artıb.

Müşavirədə dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmiz birinci rüb ərzində bütün istiqamətlər üzrə pozitiv nəticələr əldə edib. Belə ki, bu dövrdə ümumi daxili məhsul 6,8 faiz artıb. Bu göstərici qeyri-neft iqtisadiyyatımızda  10 faizdən, qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunub. Bununla da, dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib. Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil edib. Şübhəsiz ki,  həm pandemiya dövründə, həm də dünyada mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir şəraitdə əldə olunna bu nəticələr qürurvericidir. Cənab Prezidentin müəyyənləşdirdiyi inkişaf konsepsiyası qazanılan nailiyyətlərin əsasını təşkil edir.

Mühüm məqamlardan biri budur ki, ödövlətimiz əhalinin sosial müdafiəsinin gücləndirilməsini də daim xüsusi diqqət mərkəzində saxlayır.  Mütəmadi olaraq əməkhaqları, təqaüdlər və müavinətlər artırılır. Xüsusilə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına qayğı davamlı olaraq artırılmaqdadır.  Müşavirədə qeyd edildiyi kimi, ilk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min şəxsə 103 min sosial ödəniş təyin olunub. Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilib. Cənab Prezidentin sərəncamı ilə  2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılıb. Bu ilin əvvəlindən isə əlilliyə görə sosial müavinətlər də 60 faizədək artırılıb. Bütövlükdə, dövlət başçısının vurğuladığı kimi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Müşavirədə həmçinin Azərbaycanın beynəlxalq müstəvidə artan rolu haqqında da dövlətimizin başçısı öz dəyərli fikirlərini səsləndirdi. Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən praqmatik xarici siyasət Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı  və bütün digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasət həyata keçirib. Azərbaycan bir neçə ildir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan  xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Dövlətimizin başçısının siyasəti Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan sabitlik adasıdır, əməkdaşlıq məkanıdır. Bu düşünülmüş siyasət ölkəmizin regionda və beynəlxaql müstəvidə siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.

Müşavirədə ən önəmli məqamlardan biri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən möhtəşəm quruculuq işləri haqqında məlumatın verilməsidir. Bununla da, cənab Prezident Böyük Qayıdışın müjdələrini vermiş oldu. Azərbaycan xalqı əmindir ki, dövlətimiz qısa müddət ərzində Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək. Bütövlükdə, dövlətimizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazın inkişafı üçün yeni perspektivlər yaradır. Bu imkanlardan yararlanmaq üçün Ermənistan sülh imkanlarını düzgün dəyərləndirərək Azərbaycanın çağırışlarına adekvat cavab verməlidir. Əks halda, itirən yenə də erməni xalqı olacaq. 

DİGƏR Xəbərlər Arxiv