YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Gənclərin İnkişaf və Karyera mərkəzinin əməkdaşları və könüllüləri, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhid ailələri, qazilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Cəlilov Xaləddin Asəf oğlunun doğum günü münasibətilə məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidlərimizin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək, keçdikləri şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv