YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov ərazi partiya təşkilatlarında üzvlük haqqının toplanması, partiya sıralarına qəbul, sənədlərlə işin vəziyyəti və digər cari məsələlər barədə məlumat verib.

R.Əhmədov ərazi partiya təşkilatlarını partiyanın işində fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə, yeni üzv qəbulu zamanı kəmiyyətə deyil, keyfiyyətə önəm verməyə çağırıb.

Sonda partiyanın işində uzunmüddətli və səmərəli fəaliyyətinə görə YAP Ağcabədi rayon təşkilatı Nəcəfqulubəyli ərazi partiya təşkilatının sədri Elçin Qurbanov doğum günü münasibətilə fəxri fərman ilə təltif olunub.