Xəbərlər
YAP Göygöl rayon təşkilatında bir qrup yaradıcı gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçiriləcək 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”nə hazırlıqla bağlı fəal YAP gəncləri ilə görüş keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görüş iştirakçılarına müsabiqənin əsas məqsədinin partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat verib. İnnovativ yanaşmaları ilə fərqlənən gənclər arasından seçiləcək 120 nəfərdən 30 komanda formalaşacağını qeyd edilib.
Həmçinin bildirilib ki, YAP gənclərinə xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunacaq komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparmaları, gələcəyin çağırışlarına öz töhfələrini vermələri tövsiyə edilib. Layihəyə seçiləcək bütün iştirakçıların YAP tərəfindən sertifikatlarla, qalib komandaların isə xüsusi mükafatlar, qiymətli hədiyyələr və diplomlarla təltif ediləcəyi qeyd olunub.