YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Daşdəmir Paşayevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov şəhid Paşayev Daşdəmir Əlizaman oğlunun ailəsini ziyarət ediblər.

Ziyarətçilər şəhidin anası Məleykə Paşayevanı 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Görüşdə Daşdəmir Paşayevin şərəfli döyüş yoludan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid Daşdəmir Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.