YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rəşad Novruzovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 7 nömrəli ərazi partiya təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Novruzov Rəşad Elşad oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Rəşad Novruzovun keçdiyi qısa və şərəfli həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Rəşad Novruzov 2020-ci il noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarıına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Azərbaycan Bayrağı ordeni”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.