YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının 4 yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının 62 saylı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsi), 63 saylı (Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziya), 64 saylı (“Enerji Tikinti Servis” MMC) və 65 saylı (“Qədiroğlu” MMC) yeni ərazi partiya təşkilatları təsis edilib.

Yığıncaqlarda iştirak edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov cəmiyyətdə partiyanın artan nüfuzundan, onun Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmasından ətraflı bəhs edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübuta yetirib. O da qeyd olunub ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Daha sonra təşkilati məsələlərə baxılıb. Şaiq İsmayılov 62 saylı ərazi partiya təşkilatının sədri, Asif Nuriyev sədr müavini, İlqar Tağıyev 63 saylı ərazi partiya təşkilatının sədri, Sevinc Əsədova sədr müavini, Ramil Şirinov 64 saylı ərazi partiya təşkilatının sədri, Rauf Qafarov sədr müavini, Cuma Süleymanov 65 saylı ərazi partiya təşkilatının sədri, İslam Səfərli isə sədr müavini seçiliblər.