YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa mədəniyyətimizin paytaxtı” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 9 saylı ərazi partiya təşkilatının və Şuşa rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa mədəniyyətimizin paytaxtı” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri Cəmilə Əhmədova bildirib ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Daha sonra çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi istiqamətində dövlət tərəfindən görülən zəruri tədbirlər danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev isə işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində atılan addımlardan bəhs edib.

Daha sonra məktəblilərin təqdimatında “Şuşa ili”nə həsr olunmuş şeirlərin və mahnılar səsləndirilib, səhnəciklər göstərilib.