YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qazilərinə partiya vəsiqələri təqdim olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Şuşa rayonundan olan qazilər Ələkbərli Hüseyn Elxan oğlu və İsayev Tural Valeh oğlu ilə görüş keçirib.

Təvəkkül Əliyev İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına ölkəmizin mənfur düşmən üzərində qələbə qazanmasından söhbət açıb. Bütün qazilərin, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Söhbət zamanı qazilər keçdikləri döyüş yollarından danışıblar.

Daha sonra YAP Şuşa rayon təşkilatının sədri partiya sıralarına yeni qəbul olunmuş qazilərə üzvlük vəsiqələrini təqdim edib.  

Sonda qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.