YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda şəhid Tural Əsgərlinin doğum günü münasibətilə anım mərasimi təşkil olunub

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi baş leytenant Əsgərli Tural Ələmdar oğlunun doğum günündə xatirəsi anılıb.

Bu münasibətlə təşkil olunan anım mərasimində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Milli Məclisin deputatı Əliabbas Salahzadənin köməkçisi Hikmət Bunyatov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğu, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman övladların xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu qeyd olunub.

Tədbir iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Tural Əsgərli döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.