YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazi övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Salyan şossesi 23 ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsi qazisi Nuru Nuriyevin övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Salyan şossesi 23  ərazi partiya təşkilatının sədri Eminov Emil və rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Azərbaycanda xeyriyyəçilik ənənələrindən danışıb. Qeyd edib ki, hər zaman bu kimi məsələlərdə xalqımız həssaslıq nümayiş etdirir.

M.Nağıyev vurğulayıb ki, dövlətimiz tərəfindən hər zaman şəhid ailələri, müharibə qaziləri və iştirakçıları diqqət mərkəzində saxlanılır, onların sosial-maddi təminatı yaxşılaşdırılır, narahat edən problemlər ən qısa zamanda aradan qaldırılır. O dövlətlə yanaşı vətəndaşları da belə məsələlərə həssas yanaşmağa çağırıb.

Daha sonra qazi Nuru Nuriyev çıxış edərək, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. Sosial təşəbbüsə dəstək göstərənlərə təşəkkür edib.