YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Ramazan bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və partiya fəalları Ramazan bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri Zülfüqarzadə Fariz Fərhad oğlu və Hüseynli Ehtiram Həsən oğlunun ailələrini ziyarət ediblər.

Görüşlərdə Fariz və Ehtiramın döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Təşkilat nümayəndələri şəhid ailələrinə bayram sovqatları təqdim ediblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.