YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev  qeyd edib ki ,yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimiz qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın biri-birilərini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.

Daha sonra Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirdi ki, cari ilin aprel-may aylarında Abşeron  rayon məktəbliləri arasında başlanan inşa müsabiqəsi, idman yarışları keçiriləcək. Ümumilikdə yarışların proqramına əsasən 3 idman növündə (şahmat , mini-futbol, voleybol) yarışlar keçiriləcək. Hər bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli kubok və diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.


Daha sonra müzakirə formatında davam edən görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.