YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri yeni bir mərhələyə qədəm qoyur

“Azərbaycan-Qırğızıstan münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan on sənəd də göstərdi ki, görüş dövlətlər arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçib”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 Vüqar İskəndərov qeyd edib ki, bu gün Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyulub. Qırğız prezidentinin də qeyd etdiyi kimi hədəf artıq beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Birgə bəyanatda qeyd olunan Dövlətlərarası Şuranın iki ölkə münasibətlərində müstəsna əhəmiyyəti olacaq. Şuranın iclaslarında ölkələr arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlar yaranacaq. Bu gün Qırğız Respublikasının prezidentinin bizim sahibkarları öz ölkəsinə dəvət etməsi Azərbaycanın iqtisadi sektorunda canlanmaya səbəb olar bilər və sahibkarlarımız üçün yeni bazarların yaranması üçün yeni imkanlar meydana çıxar.”