YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin irimiqyaslı birgə təlimlərinin gecə vaxtı döyüş atışı mərhələsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə aprelin 5-dən başlanan irimiqyaslı birgə təlimlərin gecə vaxtı döyüş atışı mərhələsi keçirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təlimlərə cəlb edilən birləşmə və hərbi hissə komandirlərinin qəbul etdikləri qərarları, planları və qərargahların fəaliyyəti barədə məruzələrini dinləyiblər.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silahın və döyüş texnikasının gecə fəaliyyətinin hazırlığı ilə bağlı brifinq təqdim olunub.
Təlimin ssenarisinə əsasən gecə şəraitində şərti döyüşdə iştirak edən əsas qüvvələr və himayə bölmələri tapşırıqları müvəffəqiyyətlə icra edib. Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlarını və raket buraxılışlarını, o cümlədən bombalamanı həyata keçiriblər.
İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və döyüş əzmi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Təlimlərdə 15 min nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 döyüş helikopteri və 8 döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.
Təlimlər başa çatıb.

 

DİGƏR Xəbərlər Arxiv