YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə abidə-kompleks inşa edilib

Sabirabad rayonunun Əlicanlı kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə abidə-kompleks inşa edilib.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədr müavini Ağadadaş Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi qazisi Müslüm Rzayev, Sabirabad rayon Veteranlar Şurasının sədri, I Qarabağ müharibəsi qazisi Faiq Hüseynov iştirak ediblər. Tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Sonra məktəblilərin təqdimatında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Tədbir iştirakçıları, eyni zamanda I Qarabağ müharibəsi şəhidi Niyaz İsmayılovun anım mərasiminə də qatılıblar.