YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi torpağımız Şuşa Dünya Azərbaycanlılarının görüş yerinə çevrildi

Malik Mizrəyev

YAP Lerik rayon təşkilatının sədri

Aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Dünya azərbaycanlıları Şuşada birlik və həmrəylik nümayiş etdirdilər. 30 ildən sonra işğaldan azad olunan Qarabağda Zəfər Qurultayı təşkil edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya gəldilər. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirakı etdilər. Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan Şuşa şəhərində keçirilməsi hamımız üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Ordusunun qəhrəman övladları tərəfindən Şuşanın işğaldan azad edilməsi vətən müharibəsinin taleyini həll etdi. Məhz Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında Ermənistanın baş naziri kapitulyasiya bəyanatına imza atdı. Şuşanın azad edildiyi gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə tariximizə Zəfər Günü kimi həkk olundu. Azərbaycan Ordusunun qələbəsi, Ali Baş Komandan İlham Əliyevin cəsarəti hər bir azərbaycanlının başını yüksəklərə qaldırdı və indi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndəsi kimi öz vətənləri ilə qürur duyurlar. Dünya Azərbaycanlılarının V Qurultayı onu sübut etdi ki, bu gün bütün azərbaycanlılar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın adını hər yerdə yüksəklərə qaldıracaqlar. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. 2021-ci il 14 yanvar tarixində Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpasına başlanıldı və qısa müddət ərzində böyük işlər görüldü. 2021-ci il 7 may tarixində Prezident İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalaması Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söyləyərək: “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək. Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq.