YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehdi Səfəri: Yeni körpülər iki dövlətin iqtisadi inkişafına böyük təkan verəcək

Azərbaycana səfərimin məqsədi İran şirkətlərinin işğaldan azad olunan rayonlardakı fəaliyyətlərini müzakirə etməkdən ibarət idi.

Bu sözləri İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Bakı səfərindən qayıtdıqdan sonra yerli mətbuata verdiyi açıqlamasında deyib. O bildirib ki, İran şirkətləri azad olunan ərazilərdə yol, bənd, elektrik stansiyası, məktəb və xəstəxana tikintisində iştirak edəcəklər. Bununla yanaşı, beynəlxalq əhəmiyyət daşıyan və İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək kommunikasiya yolunun tikintisi məsələsi də müzakirə olundu. Bu layihədə həm avtomobil, həm də dəmir yolunun salınması nəzərdə tutulub. Eyni zamanda, enerji və rabitə xətlərinin çəkilməsi bu layihəyə daxildir.

Mehdi Səfəri nəzərə çatdırıb ki, Azərbaycan ilə Naxçıvanı birləşdirəcək yollar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də şaxələnməsində iştirak edəcək.

Nazir müavini qeyd edib ki, müzakirələr zamanı Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisinə də toxunulub. Bu körpü də beynəlxalq mahiyyət daşıyır və hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verəcək.

Mehdi Səfəri vurğulayıb ki, salınacaq yeni avtomobil və dəmir yolu körpüləri tranzit imkanlarını daha da artıracaq.