YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xırdalan şəhidlərinin mövlud günləri qeyd olunub

Abşeron rayonunda Vətən müharibəsi şəhidləri Abbasov Səxavət Rizvan oğlunun və Mehdiyev Rəşad Rəhman oğlunun doğum günləri qeyd olunub.

Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilər Xırdalandakı Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, məzarları önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar

Məktəblilər vətənpərvərliyə və qələbəyə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində məktəblilərin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.

Abşeron RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə də görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb.

Şəhid ailələri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.