YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib

Torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək şəhid olmuş Fəzəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibəti ilə "Şəhidlər" Memorial Abidə Kompleksində anım tədbiri keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin məzarına gül qoyulması ilə başlayıb.

Çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov torpaqlarımızın azad olunması uğrunda canından keçən vətəndaşlarımızın unudulmadığını, daim yaddaşımızda, qəlbimizdə yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəhid Zülfüqar Fərəcovu yaxından tanıdığını qeyd edən E.Hüseynov bildirib ki, hərbi hissələrdə keçirilən tədbirlərdə onun adını uğurlu hərbçilər siyasında eşdirdi. "Şəhidimiz xüsusilə snayper silahından ustalıqla istifadə edirdi. O bir neçə əməliyyatda düşmən hərbçlərini dəqiq atəşlə məhv etmişdi. Zülfüqarın bir oğlu bizə yadigar qalıb. Atasının adına layiq övlad olan Əmrah ali məktəbə də qəbul olub”.

Tədbirdə digər çıxış edənlər Zülfüqar Fərəcovun qəhrəmanlığından danışıblar.

Anım tədbiri şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam edib.