YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanda idarəetmənin yeni modelinin anonsunu verdi

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

29 aprel tarixində ADA Universitetində keçirilmiş, “Cənubi Qafqaz :İnkişaf və əməkdaşlıq ” adlı konfransda Prezident cənab İlham Əliyev regionun dünəni, bu günü və gələcəyi  ilə bağlı geniş nitq söylədi və ayrı-ayrı qurumları təmsil edən beynəlxalq nümayəndələrin müxtəlif məsələlərə  dair ona ünvanlanan suallara ətraflı cavab verdi. Prezident İlham Əliyev XX əsrin sonu və XXI əsrin ötən dövründə regionda baş verən hadisələri ətraflı təhlil etdi, Ermənistanın yeritdiyi 30 illik işğalçılıq siyasəti nəticəsində işğal altına düşmüş şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarının törətdiyi, Kəlbəcərdə, Laçında, Zəngilan və Şuşada Ermənistan hökümətinin sponsorluğu ilə qeyri -qanunu məskunlaşdırlma  siyasətinin həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Cənab Prezident Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı fikirləri sözün həqiqi mənasında dünyaya bir mesaj idi. O bildirdi ki, “Şuşa Bəyannaməsini  imzalamaqla biz Türkiyə ilə həm sözdə, həmdə əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki  biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə də, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.   Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonar baş verən hadisələrlə bağlı bildirdi ki, Ermənistan höküməti tərəfindən müəyyən pozitiv siqnallar alırıq. Azərbaycan Ermənistan sülh müqaviləsinin  imzalanması üçün 5 prinsip təklif edib və Ermənistan höküməti bu məsələyə pozitiv yanaşaraq bu təklifləri qəbul etdiklərini bildirdi. O əlavə etdi ki, Ermənisdan bu prinsiplərə əsaslanaraq Azərbaycanla  delimitasiya prosesinin başlanması üçün birgə işci qurupunun yaradılmasına razılıq verib. Cənab Prezident qeyd etdi ki, əgər sülh müqaviləsi  imzalanarsa  və həmin təməl prinsipləri həyata keçirilərsə onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.

Prezident İlham Əliyevin səsləndirdiyi “Qafqaz sülh gündəliyi ” anlayışının özü, Azərbaycanın regionda sülhün təmin olunmasına tərafdar olduğunun göstəricisidir və beynəlxalq aləm tərəfindən dəsdəklənir. Cənab Prezident vurğuladı ki, əgər iştirakçı tərəflər sülhün təmin olunmasına öz töhvələrini vermis olsalar bu yalnız Azərbaycan- Ermənisdan arasında deyil  cənubi Qafqazın inkişafına təsir etmiş olar.

Cənab Prezident Qarabağda yaşayan etnik erməni əhalisinin gələcəyi ilə bağlı konfrans nümayəndələrinə mövqeyini bildirdi. O bildirdi ki, Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər ilk növbədə, separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Bununla cənab Prezident ermənilərə açıq şəkildə, hər kəsin başa düşəcəyi dildə bildirdi ki, mifiq xəyallardan əl çəkin, reallıqı dərk edin və Qarabağda yaşamaq isdəyirsinizsə  Azərbaycanın qanunlarına tabe olun, əks təqdirdə sizin  burda yaşamağınız mümkün olmayacaq.

Qeyd olunan konfransın iştirakçılarının Şuşaya səfərinin təşkil edilməsi də olduqca önəmli məsələ idi. Onlara erməni vandalizmini yerində göstərmək, ermənilərin yaşadıqları ərazilərin Azərbaycan daxilində coğrafi yerində əyani təqdim etmək mühüm məsələdir. Ataların gözəl bir deyimi var: “yüz eşitməkdənsə ,bir görmək yaxşıdı”.

Konfransda ayrı-ayrı iştirakçıların bilavasitə Prezidentə ünvanladıqları suallara cənab Prezidentin verdiyi cavabları dinlədikcə, sözün həqiqi mənasında qurur hissi keçirir, ölkəmizin belə bir rəhbəri olması ilə fəxr edirik. Cənab Prezident bir daha təsdiq etdi ki, Azərbaycan tam müsdəqil dövlətdir, yalnız dövlətimizin maraqlarına uyğun siyasət həyata keçirilir. Heç bir dövlətin və ya beynalxalq təşkilatın diqtəsi ilə idarə olunmur.

Prezident İlham Əliyevin verdiyi cavablar səmimiyyəti ilə həqiqqəti  ifadə etməklə olduqca diqqət çəkici  idi. Gələcəklə bağlı cənab Prezidentin fikirləri də önəmli məsələlərdəndir. Prezident İlham Əliyev Azərbaycanda idarəetmənin yeni modelinin anonsunu verdi. İndiyə qədər görülmüş  işlər və görülməsi planlaşdırılan siyasi islahatlar Azərbaycanın qısa müddətdən sonra daha firəvan dövlətə çevriləcəyini söyləməyə əsas verir.