YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının və Oğuz Peşə məktəbinin birgə təşkilatçılığı ilə Peşə məktəbində Şuşa ili ilə əlaqədar, "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Oğuz Peşə məktəbinin direktoru Səyyar Abdullayev artıq öz həllini tapmış Qarabağ münaqişəsinin tarixindən, Zəfərin Azərbaycana və regionumuza qazandırdığı yeni reallıqlardan və bütün bunların fonunda yetişən gənc nəslin vətənpərvərlik ruhundan danışıb.

Daha sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Vətən müharibəsinə aparan zəfər yolundan, bu sahədə aparılan uzunmüddətli dövlət planlarından, Vətən müharibəsi zamanı Azərbaycanın bütün cəbhələrdə apardığı uğurlu siyasətdən və qazanılan Zəfərdən, oğuzluların bu zəfərdəki payını vurğulayıb.

S.Məhərrəmov postmüharibə dövründə dövlətimizin başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və tarixi şəhərimiz Şuşada həyata keçirilən sosial-iqtisadi, infrastruktur layihələrdən söz açaraq, genişməzmunlu çıxış edib.

Tədbir Peşə məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya davam etdirilib.

Çıxışlardan sonra tədbir iştirakçıları şagirdlərin hazırladığı "Əziz Şuşa, sən azadsan!" slaydın təqdimatı izlənilib.

Sonda xatirə şəkli çəkdirilib.