YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları başa çatıb

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışlarlarında futbol idman növü üzrə yarışın finalı, silsilə idman yarışlarının bağlanışı və altı idman növü üzrə qalib komandaların mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Vurğulayıb ki, müasir gənclərin hərtərəfli formalaşması, xüsusilə, idman sahəsində böyük nəaliyyətlər əldə etməsi məhz ulu öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Uğurlu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da inkişafı nəticəsində gənclərimiz daha böyük nəaliyyətlər əldə edirlər. Bu gün Azərbaycan gənci dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, ölkədə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarlar buna əyani sübutdur.

Çıxışlardan sonra qalib komandaların mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.