YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində YAP Nəsimi rayon təşkilatının “Mirmahmud Kazımovski 21” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiya üzvlərindən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər idman məktəbinin direktoru Elçin Mehtizadə, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Elvin Hüseynov, 9 saylı Uşaq Gənclər İdman məktəbinin direktoru Vüqar İsmayılov və digərləri YAP-ın cəmiyyət həyatındakı rolundan bəhs ediblər.

Qeyd olunub ki, ölkə daxilində mövqelər çox möhkəm olan partiya demək olar ki, cəmiyyətin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Vurğulanıb ki, partiya gün-gündən genişlənən xarici əlaqələrə malikdir.

Çıxışlardan sonra cari məsələlərə baxılıb. Elvin Hüseynov yekdilliklə “Mirmahmud Kazımovski 21” ərazi partiya təşkilatının sədri, Vüqar İsmayılov isə sədr müavini seçilib.

Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.