YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü müasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının "Tbilisi prospekti, 129" ünvanında (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) yerləşən ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü müasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ərazi partiya təşkilatının sədri Elçin Qədimov və ərazi ilk partiya təşkilatının aktiv üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğal altından qurtarılması müasir dövrümüzün ən əhəmiyyətli hadisəsi olmuşdur. Qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün olub.

Sonra çıxış edən "Tbilisi prospekti, 129" ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Elçin Qədimov bildirdi ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.

Tədbirin sonunda partiyaya yeni üzv olan bir qrup şəxsə vəsiqələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv