YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatının fəalları şəhid məzarlarını ziyarət edib

YAP Şuşa rayon təşkilatının 15 nömrəli ərazi partiya təşkilatının fəalları və Şuşa şəhər 3 nömrəli tam orta məktəbin kollektivi 44 günlük Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın və Nurlan Həsənovun məzarını ziyarət ediblər.

Daha sonra Azərbaycan Yazıçılar İttifaqının Natəvan klubunun təşkilatçılığı ilə şəhid valideynlərinin də iştirak etdiyi xatirə tədbiri keçirilib.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.