YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dahi xilaskar, böyük qurucu” mövzusunda dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi xilaskar, böyük qurucu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, Ulu Öndər ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı  bəhs edib. G.Bayramov qeyd edib ki, ölkəmizə rəhbərlik etdiyi dövr ərzində ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini ən çətin məqamlardan çıxarıb. Ölkənin iqtisadi-siyasi və mədəni tərəqqisinə nail olub.

Tədbirdə çıxış edənlər vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir. Ümummilli Liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.

DİGƏR Xəbərlər Arxiv