YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən geniş¬miqyaslı yenidənqurma, bərpa-quruculuq işləri dünyanın diqqət mərkəzindədir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan xalqı öz tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Prezident İlham Əliyev öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi dövlət başçısıdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi.Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Qarabağın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. İşğaldan azad olunan torpaqlarımızda Cəbaryıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar. Düşmən milli-mədəni, tarixi və dini abidələrimizə də qənim kəsilib,  dağıda bildiyini dağıdıb, talaya bildiyini talayıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib və oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib.Vətən müharibəsindəki qələbəmizdən sonra qarşıya qoyulan məqsəd işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulmasıdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı, bütövlükdə res­publikamızda kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək olacaq. Bunlar ilkin addımlardır. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələr bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

Qarabağda başlanan bərpa–qurucu­luq işləri dünyanın diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərazilərdə başlanan yenidənqurma işləri Qarabağı cənnətə çevirəcək.  Düşmən torpaqlarımızı işğal altında saxladığı müddətdə öz vəhşiliyini, barbarlığını, faşizmə xas xüsusiyyətini təsdiqləyib. Ermənilərin basdırdıqları mi­naların təmizlənməsi Qarabağda ümumi prosesə təsir etsə də, ancaq əhatəli və sistemli şəkildə aparılan işlər nəticəsində qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Müxtəlif istiqamətlər üzrə Şuşaya “Zəfər yolu” çəkildi , Füzuli–Şuşa, Bərdə-Ağdam, Füzul –Ağdam, Zəngilan–Füzuli – Qubadlı kimi çoxsaylı istiqamətlərdə ən müasir standartlara cavab verən avtomo­bil yolları inşa olunur.Horadiz – Zəngilan –Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə start verilməsi göstərir ki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində ərazilərimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurd­larına qayıdacaqlar. Qarabağda həyata keçirilən geniş­miqyaslı yenidənqurma, bərpa-quruculuq işləri dünyanın maraq dairəsindədir. Belə çətin və mürəkəb bir zamanda Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nü­fuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə müasir standartlara cavab verən genişmiqyaslı bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünü büruzə verir. Müharibədən yenicə çıxmış bir ölkənin tikinti-bərpa işlərini sürətlə həyata keçirməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Tarixi sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev tarixin güclü Azərbaycanını yaratdı. Vahid Azərbaycan dövləti inamla inkişaf edir və bərpa-quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. Bütün dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.

DİGƏR Xəbərlər Arxiv