YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək vətənpərvərlik və daxili zənginlik örnəyi

May ayının 7-də Xalq şairi Musa Yaqubun vəfatının bir ili tamam olur.  Bununla əlaqədar olaraq geniş tədbirlər və hazırlıq işləri davam edir. Görkəmli poeziya ustasının vəsiyyətinə uyğun olaraq İsmayıllı rayonunun doğma Buynuz kəndində, həyat yoldaşının yanında dəfn edilən şairin yenicə qoyulmuş monumental qəbir üstü abidəsi açılış günü üçün hazırlanmaqdadır. Təbiət və lirik duyğular şairinin vəfatının ildönümünə qədər möhtəşəm abidə-kompleksinin ucaldılması milli-mədəni və mənəvi dəyərlərimizə hər zaman yüksək sadiqlik, qayğı nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə reallaşdırılıb.

Bu nəcib təşəbbüsün həyata keçirilməsinə Milli Məclisin deputatı Ağalar Vəliyevin də dəstək göstərməsi öz bəhrəsini verib. Millət vəkilinin həmişə olduğu kimi, taleyüklü məsələlərə kompleks yanaşması və şəxsi təşəbbüsü nəticəsində Xalq şairi ilə qonşuluqda dəfn edilən doğmalarının da qəbir üstlərinin  götürülməsi nəzərdən yayınmayıb. Bu baxımdan Musa Yaqubun anası Rəbiyyə Yaqubovanın,  ömür-gün  yoldaşı Zöhrə xanımın, qardaşı Saməddin Yaqubovun da qəbir üstlərinin götürülməsi və abadlaşdırılması şairin abidəsini daha da monumental və mükəmməl göstərir. Xatırlatdığımız kimi, may ayının 7-də açılışı baş tutacaq abidənin müəllifi Xalq rəssamı, heykəltaraş Natiq Əliyevdir.

Hər zaman milli-mənəvi dəyərlərimizə məsuliyyətli, həssas yanaşma nümayiş etdirən Ağalar Vəliyevin xeyriyyəçilik fəaliyyəti nəticəsində Bərdə rayonunda Seyid Yusif Ağanın qəbri üzərində memarlıq incisi sayılan məqbərə ucaldılıb, ətrafı abadlaşdırılıb və məqbərəyə uzanan  6 km-ə yaxın avtomobil  yolu abadlaşdırılıb.  Bu yerdə Azərbaycan tarixinin qalibiyyət səhifəsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanı Milli Məclisin deputatı Ağalar Vəliyevin yüksək vətəndaş fəallığı ilə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyətindən bir neçə nümunə gətirmək məntiqi olardı. Müharibə zamanı Ağalar Vəliyevin Milli Məclisdə təmsil etdiyi Goranboy, Ağdam və Tərtər rayonlarını əhatə edən 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrində gördüyü işlər təqdirə layiqdir, Vətənə və xalqa sevginin əyani təzahürüdür. Həmin odlu-alovlu günlərdə Azərbaycanın bütövlüyü uğrunda bu rayonlardan şəhid olan 81 nəfər Vətən oğlunun dəfn, yas, il mərasimlərinin təşkili, qəbirüstü abidələrinin hazırlanması işlərinin maliyyələşdirilməsinin həyata keçirilməsi, 500- ə yaxın şəhid və qazi ailəsinə mütəmadi olaraq maliyyə yardımlarının göstərilməsi yüksək vətənpərvərlik  və daxili zənginlik örnəyidir. Yardımsevərlik, humanizm kimi yüksək milli-mənəvi keyfiyyətlərin ləyaqətli daşıyıcısı olmaq fəxarətvericidir. Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən hər il müxtəlif bayram günlərində şəhid və qazi ailələri ilə yanaşı, aztəminatlı insanlara, bütövlükdə 1000-ə yaxın ailəyə zəruri ərzaq sovqatı bağlamalarının göndərilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Deputatın xeyirxahlıq nümunəsi sayılan bu vətənpərvər addımları seçiciləri tərəfindən daxili razılıq və şükranlıqla qarşılanır.

DİGƏR Xəbərlər Arxiv