YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çəkilən çoxzolaqlı yol Böyük Qayıdışa hazırlığın tərkib hissəsidir

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatını sədri

44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda tamamilə fərqli və həm də xoş bir mənzərə yaradıb. Məhz rəşadətli Azərbaycan Ordusunun döyüş meydanlarında yaratdığı qələbələr silsiləsi faşist Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu isə bölgədə yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Xüsusilə Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlarda «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» imzaladığı Fərman bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Fərmana əsasən, ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. Yeni təsnifat Azərbaycanın Qələbəsindən sonra yaranan yeni reallıqlara uyğun aparılır.

Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Bu həm də psixoloji baxımdan uğurlu bir addımdır. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir. Bu addım bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir.

«Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.»
Bu barədə Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolunun çəkildiyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu yol tam yeni və daha əlverişli marşrutla keçir. Həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər, həm də beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq.
Ölkəmizin başçısı xüsusilə qeyd edib ki, bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir: « Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”.»
Təbii ki, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çəkilən çoxzolaqlı yol Böyük Qayıdışa hazırlığıın  tərkib hissəsidir.