YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş FHN və DİN əməkdaşları təltif edilib

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsinə dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və fədakarlıq göstərmiş Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin 43 əməkdaşı təltif edilib. Sənədə əsasən, 19 nəfər “İgidliyə görə”, 4 nəfər “Hərbi xidmətlərə görə”, 20 nəfər 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv